Ədviyyatlar arıqlamağa kömək edir? - EKSPERT AÇIQLADI

Ədviyyatlar arıqlamağa kömək edir? - EKSPERT AÇIQLADI

“Ədviyyatlar metobalizmanı gücləndirir, onun sürətlənməsinə yardımçı olur”. Bu fikirləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov bildirib.

Onun sözlərinə görə, ədviyyatlar, o cümlədən pul bibər və istiot normal çəkidə qalmağa, müəyyən qədər arıqlamağa kömək edir: “Amma bu ədviyyatların düzgün istifadəsi önəmlidir. Məsələn, ədviyyatlı çörək yediyinizdə bunun sizin çəkinizin azalmasına təsiri olmur. Çünki çörək sırf karbohidratdır. Çörəyin tərkibində bütün ədviyyatlar belə olsa, onun arıqlamağa heç biri təsiri yoxdur. Məsələn, sarıköklü və ya cirə ilə qatıq istehlak etmək arıqlamağa kömək edir.

Darçın özü də kilo verməyə dəstək olan bir ədviyyatdır. Məsləhət görülür ki, darçın qatıqla birlikdə istehlat edilməlidir. Amma bu, o demək deyil ki, bunlarla bərabər çörək yesinlər.

Zəfəran milli mətbəximizin baş tacıdır və plovlara dəmlənərək əlavə olunur. Bu da təbii ki, mədədə yanma hissini azaldır. Bunun sayəsində həzm sistemini gücləndirir ki, bu da kökəlmənin qarşısını alır. Zəfəran eyni zamanda, ən güclü antioksidantlardan biridir. Həzm sisteminə yardım edir. Zəfərana mədə-bağırsaq sisteminin dostu desək yanılmarıq. Bunun sayəsində də artıq çəkinin qarşısı alınır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə