Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə SİA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Yerli vaxtla saat 07:11-də qeydə alınan zəlzələnin ocağı 24 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanların maqnitudası 3,1 olub.

Bütün xəbərlər Facebook səhifəmizdə