“Uşaqlarda dırnaq yemə problemi davranış pozuntusun əlamətlərindən biridir”. Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı bildirib.
Onun sözlərinə görə, uşaqda hər hansı bir gərginliyin baş verməsi və yaxud da hər hansı bir davranış pozuntusuna səbəb ola biləcək bir vəziyyət yaranarsa bu zaman onlarda dırnaq yemə problemi yaranır: “Əgər uşaqlarda bu hal baş verərsə onun səbəbi araşdırılmalıdır. Psixoloqlar həmin uşağı bir müddət analiz edəndən sonra bunun əsas səbəbi ortaya çıxır.
Bəs adətən bu problem hansı uşaqlarda baş verir?
Bu problem özünü təsdiq edə bilməyən, həyacan, stres yaşayan uşaqlarda daha çox rast gəlinir.
Bu zaman valideyn nə etməlidir?
Bəzən valideynlər uşağın bacaracağı işləri özləri yerinə yetirir. Məsələn uşağı özləri yedizdirir, corabını özləri geyindirir. Bu zaman uşaq özünü təsdiq etməyə ehtiyyac duymur. Ona görə də valideynlər övladlarını bir şərait yaratmalıdır ki, bu işləri uşağın özü yerinə yetirsin. Uşaq öz işinə məsuliyyətli yanaşmağı öyrəndikcə bu problem yavaş-yavaş aradan qalxacaq.
Bəzən valideynlər dıqnaq yeməyi tərgitmək üçün uşaqların dırnaqlarına acı sürürlər. Bunu etməyə ehtiyyac yoxdur, gərək uşağın daxilindəki problemi həll etsinlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB