Uşaq nağıllarında nələrə diqqət yetirilməlidir? - JEM SƏDRİ MÖVQE BİLDİRDİ

Uşaq nağıllarında nələrə diqqət yetirilməlidir? - JEM SƏDRİ MÖVQE BİLDİRDİ

“Dərsliklərdə, kitablarda düzgün olmayan ifadələr var. Elm və Təhsil Nazirliyinin yəqin ki, bundan xəbəri var. Bu kitablar növbəti dəfə hazırlananda təbii ki, bunu nəzərə almalıdır. Əlbəttə bu heç yaxşı hal deyil. Bu məsələlər nəyə görə komissiyadan keçirilmir? Bu məqamlara nəyə görə fikir vermirlər?". Bu fikirləri SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu bildirib.

Onun sözlərinə görə, bu problemin həlli üçün əslində ictimai qınaq yaratmaq lazımdır: "Təhsillə məşğul olan təşkilatlar da bununla bağlı etirazlarını bildirməlidirlər. Yəni ən azından bir konsepsiya yaradılmalıdır ki, dərslikləri kim yaratmalıdır, dərsliklər necə hazırlanmalıdır, mətnlərdə nələrdən istifadə olunmalıdır. Yəni bunlara nəzarət olunmalıdır. 11 illik təhsil sistemində strategiya olmalıdır ki, 1-ci sinifə 11-ci sinif arasında hansı mövzular keçirilməlidir. Yəni siniflər arasında ardıcıllıq olmalıdır. Bu məsələlər ciddi şəkildə həll olunmalıdır.

Nağıl kitablarının hazırlanması və onlarda olan səhvlər isə tamamilə başqa bir mövzudur. Hazırda demək olar ki, nağıl yazarları yoxdur. Yəni Sovet dövründə var idi, lakin sonradan bu davam etdirilmədi. Yəni Sovetin nağıl yazarı ilə indiki yazarlar arasında fərq olduqca çoxdur. Uşaq nağıllarının yazılması çox ciddi bir sahədir. Bunun üçün təkmilləşmə, kurslar keçmək lazımdır. Nağılların yazılması metodikasını öyrənmək lazımdır. İndi keyfiyyətli nağıllar yazılmır. Bu mənada nağıl kitablarında yanlışlıqlara rast gəlmək mümkündür. Hələ uzun illər bununla qarşılaşacağıq.

Düşünürəm ki, bu məsələlərin hər birinə qurumlar nəzarət etməlidirlər. Elm və Təhsil Nazirliyində bir şöbə olmalıdır. Nağıl kitablarının yazılmasına, dərsliklərin yazılmasına, yeni Azərbaycan nağıllarının yaradılmasına ciddi nəzarət olunmalıdır. Hazırda yeni Azərbaycan nağılları yoxdur. Azərbaycan 30 ildir ki, mübarizə aparır, ölkə yaradır. Bunlardan uşaqlarımıza əlbəttə ki, nağıllar yaratmaq olar. Bizim vətənpərvərliyimizi uşaqlara aşılamaq üçün müasir nağıllara da ehtiyacımız var. Bunların hamısı problemli məsələdir. Bunun üçün xüsusi qurumlar olmalıdır. Sifarişlər verməlidir, nəzarət etməlidir, nağıl yazarlarının inkişafı üçün kurslar yaradılmalıdır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə