Son illərdə uşaq futboluna diqqət və qayğı artıb. Azərbaycan Uşaq və Gənclər Fytbol Federasiyası tərəfindən məhəllələrarası futbol yarışları üzrə pilot layihənin icrasına Xəzər rayonunda start verili . Bu gün (02.08.2022-ci il tarixdə) Xəzər rayonunun Buzovna qəsəbəsində R.İmanov 4 və M.Sübhi 2a saylı yaşayış binalarını əhatə edən məhəllədə məhəllələrarası futbol yarışı keçirilib.
Yarışda 2010-2011-ci il üzrə yeniyetmələr mübarizə aparıb. Qalib komandalar Xəzər rayonundan seçilmiş millət vəkili Rauf Əliyev və Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev tərəfindən diplom və medallarla təltif olunub. Məhəllələr arası futbol yarışlarının Xəzər rayon qəsəbələrində silsilə şəkildə keçirilməsi planlaşdırılır. Yarışların əsas məqsədi yeniyetmə və gənclər arasında futbol idman növünə olan marağı artırmaq, gələcəkdə peşəkar futbolçu olmalarına zəmin yaratmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB