Tıxacların əsas səbəbi AÇIQLANDI? - NƏQLİYYAT EKSPERTİ AÇIQLADI

Tıxacların əsas səbəbi AÇIQLANDI? - NƏQLİYYAT EKSPERTİ AÇIQLADI

“Tıxac mövzusu artıq mövsümi xarakter daşımır. Məktəblərin bağlanması və tətillərin elan olunması səbəbi ilə tıxaclar səngiyə bilər. Lakin istənilən halda hərəkətlilik var. Xüsusilə də istirahət mərkəzlərinin yerləşdiyi istiqamətlərdə sıxlıq müşahidə olunur”. Bu fikirləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.

Nəqliyyat ekspertinin sözlərinə görə, belə olan halda da təbii ki, hərəkətlilik artır, nəqliyyat vasitələrinin sayı çoxalır: “Həmçinin yol kənarında yerləşən obyektlərin giriş-çıxışında da tıxaclar yaranır. Hərəkətin təşkili və təhlükəsizliyi məqsədi ilə profilaktiv tədbirlər görülməlidir. Düzdür, bəzi hallarda bu kimi addımlar atılır. Amma ümumən yol hərəkətinin təşkili və yol təsərrüfatının inkişafı, yol nişanları, xətlərin çəkilməsi, yol kənarı işıqların qurulması bütün bunlar bir-biri ilə sıx əlaqədədir. Təbii ki, bunlardan hər hansısa birində boşluq yarandığı halda digər amillərə də öz təsirini göstərir. Həmçinin bu zəncirin pozulması tıxacada səbəb olur. Yol şəbəkəsinin genişləndirilməsi bugünkü gün prioritet məsələdirsə, yol hərəkəti təhlükəsizliyinin təmin olunması da onunla paralel aparılmalıdır. Sürücülərin maarifləndirilməsi, yollarda hərəkətin intellektual şəkildə idarə edilməsi və s. bütün bunlar önəmli məsələlərdir. Mən tam səmimi deyirəm bu hələ bizim yaxşı günümüzdür. Gələcəkdə daha böyük problemlər ortaya çıxacaq və biz bu gün bunun qarşısını almaq üçün addımlar atmalıyıq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə