“Yeniyetmələrin emosional xüsusiyyətləri daha zəngin olur. Onların hissləri real xarakter daşıyır”. Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib.
Onun sözlərinə görə, yeniyetmələr dostları ilə dərdləşir, sirlərini bir-biri ilə bölüşürlər: “Özlərini sevdirməyə çalışırlar. İstər əxlaqi, istər estetik, istərsə də zehni hisslər çox sürətlə inkişaf edir. Bu zaman yeniyetmələr bu hisslərdən zövq alırlar. Mən öz yeniyetmə pasientlərimlə danışarkən düşünürəm ki, niyə valideylər öz övladlarını dinləmir? Övladlarının yaxşı olan çəhətlərini nə üçün üzə çıxarmaq istəmir? Bunun bir səbəbi var. Valideyn övladını itirməkdən, onun zərərli vərdişlərə qurban olmasından qorxur. Bunların hər biri valideyn-övlad münasibətinə zərbə vurur, onların səmimi olmasının qarşısını alır. Bu səbəbdən də yeniyetmələr evdən uzaqlaşır. Mənə müraciət edənlərin yarıdan çoxu yeniyetmələrdir. Onlar öz müraciətlərində bildirirlər ki, ödəniş edə bilməyəcəm, çünki valideynimlə aramda problem var. Amma valideynlər çox fikirləşir ki, mənim övladıma psixoloq lazım deyil.
Yeniyetməlik dövründə özünüqiymətləndirmə, mənlik şüurunun inkişaf etməsi, yaşlı və yeniyetmə münasibətlərində yaşlının yeniyetməyə nümunəvi davranışı, yeniyetmənin incəsənətə olan marağı onun həyatında mühüm rol oynayır. Hər bir valideyn övladının yeniyetməlik dövrünün yaxşı keçməsi üçün ona yollar açmalıdır. Yeniyetmələrin evdən uzaqlaşmasının səbəbi valideynlərinin onları anlamaması, həmçinin onlara düngün yol göstərməməsidir. Yeniyetmələrin fizioloji xüsusiyyətlərini nəzərə almaq zəruridir. 15-16 yaşlı yeniyetmənin görünüşündə müəyyən dəyişikliklər ola bilər ki, bunu da yeniyetmələr özləri üçün kompleks halına gətirir və onu yox etməyə çalışır. Bu zaman valideyn onların bu problemlərini anlamaq istəmir və övladları ilə problem yaşayırlar. Yeniyetmələrin problemlərinin həll olunmaması sonradan amneziya xəstəliyə səbəb olur. Ona görə də valideynlərin övladları ilə vaxt keçirməsi, onların problemlərini dinləməsi vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB