Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə prosesi başlandı - SƏDR AÇIQLADI

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə prosesi başlandı - SƏDR AÇIQLADI

"Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. İlk olaraq sənədləri e-sistemdə olan 11 minədək müharibə əlilinə proaktiv qaydada ödəmə təyin olunaraq bank hesablarına köçürülüb". SİA xəbər verir ki, bu sözləri mətbuat konfransında jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bildirib.

Sədr bildirib ki, Prezident İlham Əliyev müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verib: "Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.

Proqram "Hərbi qulluqçuların dövlət icbari şexsi sığortası haqqında" Qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarını, onlardan vəfat edənlərin vərəsələrini əhatə edir.

Həmin dövrədək hərbi xidmətdə xəsarət alması barədə məlumatları aidiyyəti qurumlar tərəfindən müvafiq elektron sistemə daxil edilmiş, o cümlədən sığorta ödənişi alması üçün məhkəmə qətnaməsi olan 11 minədək şəxsə e-sistem üzərindən proaktiv qaydada (heç bir quruma müraciət etmədən) ödəmə təyin olunaraq onların bank hesablarına köçürülüb. Bu barədə, habelə ödəməni hansı bankdan alacağına dair onlara SMS göndərilir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə