JEM sədri jurnalistlərə səsləndi - AÇIQLAMA

JEM sədri jurnalistlərə səsləndi - AÇIQLAMA

"“Reket jurnalistika"sı ifadəsi çox təəssüflər olsun ki, Azərbaycanda geniş şəkildə vüsət almaqdadır. Əslinə qalanda bu tendensiya dünyada yoxdur. Hər bir sahədə öz peşəsinə xəyanət edən insanlar olur. Onların da hərəkətini biz reketlik adlandırmalıyıq”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu bildirib.

JEM sədrinin sözlərinə görə, reketlik cinayət məcəlləsində ağır maddələrdən biridir və bunu törədən adama cinayət işi qaldırılır: “Bu mənada Azərbaycanda da reketliklə məşğul olan dırnaqarası jurnalistlərə də cinayət işi qaldırılaraq, onları həbs edirlər. Birinci növbədə insan gərək vicdanlı olsun. Bununla belə başqalarına qarşı reket xarakterli addımlar atmasın. Əgər jurnalist kimi fəaliyyət göstərirlərsə jurnalistikanın prinsiplərinə, media haqqında qanunda göstərilən tələblərə əməl etməlidirlər. Əgər bu tələblərə əməl etmirsə, həmçinin bu tələblərdən kənara çıxaraq müəyyən pozuntulara yol verirsə, həmin insanlar qanun qarşısında cavab verməlidirlər. Azərbaycanda son dövrlərdə təəssüf ki, "reket jurnalistika"sı demək olar ki, genişlənməkdədir və buna qarşı sərt tədbirlər həyata keçirilməldir. Əlbəttə biz bunu deyərkən jurnalistikaya qarşı sərt tədbirlərin həyata keçirilməsini nəzərdə tutmuruq. Bəzi hallarda saytlarda “jurnalistlər həbs olundu” kimi xəbərlərə rast gəlirik. Bu təbii ki, yanlışdır. Çünki jurnalistlər yazısına görə, əməlinə görə həbs edilirsə artıq o jurnalist deyil, cinayətkar bir şəxs hesab olunur. Biz yeri gələndə yazımızla tənqiddə etmişik, sərt yazmışıq, bəzən tənqiddən kənara da çıxımışıq. Lakin bir insandan dalbadal yazanda, bir elementi hədəf götürəndə orada reketlik elementləri hiss olunur. Reketlik başqalarına hücum edərək, şərəf və ləyaqətini alçaldaraq pullarını əlindən alırlar. Bu mənada biz jurnalistlər öz aramızdan reket jurnalistikasını çıxartmalıyıq. Son zamanlar sosial şəbəkələrdə Azərbaycan mətbuatını kirlətmək üçün addımlar atılır. Bəzi jurnalistlərdə sosial şəbəkələrdə elə ifadələr istifadə edirlər ki, bunlarda jurnalist prinsiplərinə ziddir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə