"Aparılan islahatlar dövlətimizin inkişafına xidmət edir" - DEPUTAT ŞƏRH ETDİ
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Təhsil Nazirliyinin adı dəyişdirildi və Elm və Təhsil Nazirliyi oldu”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.
Onun sözlərinə görə, bu günə qədər respublikamızda müxtəlif sahələrdə islahatlar aparılır: “Aparılan bu islahatların hamısı Azərbaycan xalqının rifahına, dövlətimizin inkişafına xidmət edir. Həmçinin Təhsil Nazirliyinin adının Elm və Təhsil Nazirliyi olaraq dəyişdirildi, orada bir sıra struktur dəyişikliyi baş verdi. Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra institut və təşkilatlarının Elm və Təhsil Nazirliyinə birləşdirilməsi, bəzi institutların Mədəniyyət Nazirliyinə birləşdirilməsi, bir hissəsinin isə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində qalması bütün bunlar hamısı struktur dəyişikliyidir. Ümid edirəm ki, həmişə olduğu kimi bu gün də elm və təhsil sahəsində aparılan bu islahatlar dövlətimizin inkişafına xidmət edəcək. Bundan da həm elm və təhsil sahəsində çalışan şəxslər, həm də xalqımız yararlanacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB