“680-cı il oktyabr ayının 11-də İraqın Kərbəla çölündə (indiki şəhərində) əməvi "xəlifə"si Yezid ibn Müaviyənin qoşunu Həzrət Məhəmməd əleyhissalamın "oğlum" adlandırdığı iki nəvəsindən biri olan İmam Hüseyn əleyhissalamı 72 tərəfdarı da daxil olmaqla şəhid etdi”. Bu fikirləri SİA-ya açıqlamasında din xadimi Mircəfər Eyyubov bildirib.
Onun sözlərinə görə, imam Hüseyn (ə) azadlığın, Yezid isə mənəviyyatsızlığın və rəzalətin bariz nümunəsi idi: “Yezidin devizi söylədiyi bir şerdən bəlli olur: "Əgər şərab Məhəmmədin dinində qadağandırsa biz onu Məsih dininə əsasən içərik".
İmam Hüseyn (ə) isə həyata belə baxırdı: "Əksik adamlar məni iki seçim qarşısında qoymuşdur; ya əksilmək ya da ölüm.
Qoy hamı bilsin: Zillət və əskiklik bizdən uzaqdır..."
Göründüyü kimi Aşura günləri hansısa faciənin deyil əbədi azadlıq və kübar bir qəhrəmanlığın qeyd olunması günləridir. Belə bir əzəmətli şəxsiyyətin şəhadəti qeyd olunan aylarda şənlənən hər hansı bir insan özünün azadlığa və mənəviyyata münasibətini göstərir.
Xüsusilə qeyd etməliyəm ki, Peyğəmbərin iki ağır əmanəti xatırlanan belə məclislərdə yaraşmaz hərəkətlər etmək ya cəhalətdən ya da qərəzdən doğur və belə əzadarlıq forması Məhərrəm ənənələrinə uyğun deyil.
Məhərrəm ayının onuna təsadüf edən Aşura günləri dünyanın bir çox ölkələrində, o cümlədən İraq, Pakistan, İran, Hindistan, Livan və sair dövlətlərdə rəsmi tətil günləri hesab olunur. Allah-təala Kərbəla şəhidlərindən ilham alaraq torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımıza rəhmət, qazilərimizə isə təmkin və şəfa lütf eləsin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB