Ac qarına hansı qidaları qəbul etmək olmaz? - DİQQƏT! - MÜTƏXƏSSİS AYDINLIQ GƏTİRDİ

Ac qarına hansı qidaları qəbul etmək olmaz? - DİQQƏT! - MÜTƏXƏSSİS AYDINLIQ GƏTİRDİ

"Ac qarına rəngli və qazlı içkiləri içmək olmaz. Çünki həmin içkilərin tərkibində qaz olduğuna görə, mədə-bağırsaq sisteminə zərərlidir". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, amma saf suyu ac qarına qəbul etmək faydalıdır: "Çünki onun tərkibindəki mikroelementlər insan orqanizminə faydaları çoxdur. Qidalardan isə ümumiyyətlə qızardılmış yeməkləri ac qarına sağlam adam belə qəbul etsə, onun mədə-bağırsaq sisteminə zərərləri ola bilər. Ona görə də, insanlar acdıqda pörtdənmiş, az qızardılmış qidaları istehlak edə bilərlər. Çünki tam qızardılmış, dərin yağda bişən məhsullar birbaşa mədə-bağırsaq sistemini pozur və gələcəkdə mədə və ya bağırsaq xərçənginin yaranmasına səbəb ola bilər. İnsan acıdqda 100-150 qram şorba içərək mədəsini yumşaltmalı və daha sonra isə yeməyə davam etməlidir. İnsanlar nə qədər qızardılmış məhsullardan uzaq dursa, bir o qədər yaxşıdır".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə