Kabab insan sağlamlığı üçün zərərlidir? - AİB SƏDRİ AÇIQLADI

Kabab insan sağlamlığı üçün zərərlidir? - AİB SƏDRİ AÇIQLADI

“Ətin qızardılmış şəkildə istifadəsi tarixdə ilk insan qidası olub. Tarix boyu insanlar qida zəncirində ən axırıncı sıralarda dayanıb. Hətta keçmiş zamanlarda insan qida zəncirində quşlardan sonra gəlib”. Bu fikirləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

AİB sədrinin sözlərinə görə, insanların birinci qələbəsi sümüyü qıraraq, onun içərisindən iliyi çıxartmaq prosesi olub: “Bu da insanın şüuru ilə əlaqəlidir. Hazırda isə insan yəni homosapiens qida zəncirində birinci yerdədir. Yəni indiki dövrdə insan qida zəncirində digər canlılardan öndə gəlir. Ətin qızardılıb yeyilməsi mağara dövründən mövcuddur. Bunun üçündə artıq bizim orqanizmamız və genlərimiz bu cür qidalanma ilə formalaşıb. Antibiotiklər və dərmanlarla böyüdülməmiş quzu, mal, keçi və digər yeməli təzə heyvan ətindən bişirilmiş kababın insan sağlamlığına heç bir ziyanı yoxdur. Lakin keçən il kababdan zəhərlənmə hadisəsi qeydə alınmışdır. Mən şəxsən buna inanmıram. Əgər kabab təzə ətdən hazırlanıbsa və lazımi səviyyədə bişirilibsə bu qidadan zəhərlənmə ola bilməz. Ola bilər ki, digər inqridentlər nəticəsində zəhərlənmə halı baş verib. Bir sözlə normal sağlamlığı olan insan yaxşı şərtlər adı altında bişirilən kababdan zəhərlənə bilməz. Əksinə kabab ən qədim ət yeməyi olduğu üçün bütün dünya insanlarının orqanizminə uyğundur. Təsadüfi deyil ki, bir çox ölkələrdə kabab sözü elə “kabab” adlanır. Lakin düşünürəm ki, Azərbaycan kababı unikaldır və onun əvəzedicisi yoxdur”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə