Faktiki hava: Qrız və Ləzəyə leysan yağıb

Faktiki hava: Qrız və Ləzəyə leysan yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 31-i saat 21:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Altıağac, Quba, Qusar, Xaltan, Qrızda şimşək çaxıb, arabir yağış yağıb, Qrız və Ləzədə leysan xarakterli intensiv olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, düşən yağıntının miqdarı Ləzədə və Qrızda 42 millimetr təşkil edib.

G.Məmmədovanın sözlərinə görə, qərb küləyi əsib, sürəti Şamaxıda 16 metr/saniyəyə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə