Əhalinin banklardakı əmanətləri açıqlanıb

Əhalinin banklardakı əmanətləri açıqlanıb

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 22,7 faiz artaraq 2022-ci il iyun ayının 1-nə milli valyuta ekvivalentində 10593,2 milyon manat təşkil edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir: Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 58,8 faizi milli, 41,2 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31,4 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 12,1 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə