Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2013-cü il 18 dekabr tarixli qətnaməsinə əsasən hər il 30 iyul tarixi İnsan Alverinə qarşıBeynəlxalq Mübarizə Günü kimi qeyd olunur.
Ölkəmizdə bu problem ilə mübarizə istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir, mühüm addımlar atılır, bu sahədə beynəlxalq əməkdaşlığa töhfələr verilir.
“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İçtimai Birliyi də Zərdab rayon İcra Hakimiyyəti ilə birlikdə 30 iyul İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbir həyata keçirdi.
Tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zərdab Nümayəndəliyinin, Zərdab Ailə, Qadın və Uşaq Problemləri üzrə Regional Mərkəzinin nümayəndələri də iştirak etdilər. Tədbir iştirakçıları “Məlumatlı ol ki, insan alveri qurbanı olmayasan!”, “Zərdab rayon gəncləri İnsan alverinə yox deyir!” şüarları ilə Zərdab rayonmərkəzində yürüş keçirdərək əhali arasında maarifləndirici bukletlər payladılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB