“Ailələrə Hüquqi Yardım” İctimai Birliyindən daha bir uğurlu layihə FOTOLAR
Məqsəd, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya sahəsində ailələrin bilik və bacarıqlarını inkişaf etdirilməsidir
“Ailələrə Hüquqi Yardım” İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında Zərdab rayonunda "Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reablitasiya mərkəzinin fəaliyyətinin təşkili” layihəsini həyata keçirir.
İctimai Birikdən daxil olan məlumata görə, layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətini təşkiletməklə sağlamlıq imkanları məhdud 100 nəfər uşağa sosial reabilitasiya xidmətlərinin göstərilməsi, onların müdafiəsini təşkil edərək xidmət və resurslardan yararlanmaq imkanlarına nail olunması, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya sahəsində ailələrin bilik və bacarıqlarını inkişaf etdirilməsidir.
Mərkəzdə eyni zamanda sağlamlıq imkanları məhdud uşaqların valideynlərinə onlarla davranış qaydaları barədə təlimlər keçirilir
Qeyd olunub ki, sosial xidmət sifarişi çərçivəsində mərkəzdə sağlamlıq imkanları məhdud uşaqlara sosial-psixoloji və tibbi reabilitasiya, abilitasiya, ailəyə dəstək və ailənin maarifləndirilməsi xidmətləri göstərilir. Həmçinin, xidmət ümumi olaraq uşaqların ehtiyacı əsasında tərtib olunmuş fərdi plan əsasında həyata keçirilir. Mərkəzdə eyni zamanda sağlamlıq imkanları məhdud uşaqların valideynlərinə onlarla davranış qaydaları barədə təlimlər keçirilir, onlara öz övladları ilə bağlı tibbi, sosial, psixoloji və s. xidmətlərdən hansı formada yararlandıqları, övladlarını cəmiyyətə adaptasiya etmək məqsədilə hansı vasitələrdən istifadə etmələri ilə bağlı mütəmadi dəstək verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB