Meymunçiçəyi daha bir ölkədə aşkar edildi

Meymunçiçəyi daha bir ölkədə aşkar edildi

Uruqvayda meymunçiçəyinə ilk yoluxma faktı qeydə alınıb. SİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunur ki, xəstəlik paytaxt Montevideoda başqa ölkədən gəlmiş şəxsdə aşkar edilib. Onun vəziyyətinin stabil olduğu və təcrid olunduğu bildirilib.

Bu günədək meymunçiçəyi 80-ə yaxın ölkədə aşkar edilib, yoluxanların ümumi sayı 21 mini ötüb.

Bütün xəbərlər Facebook səhifəmizdə