Məişət zorakılığına səbəb olan amillər nələrdir? - DİQQƏT! - PSİXOLOQ AÇIQLADI

Məişət zorakılığına səbəb olan amillər nələrdir? - DİQQƏT! - PSİXOLOQ AÇIQLADI

"Son dövrlər məişət zorakılığı hallarının çox olması hər bir insanı narahat edir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, insanlarda aqressiyanın yaranmasının müxtəlif səbəbləri var: "Məişət zorakılığı, əsasən, ailədaxili münaqişələr, sosial mühitdə yaranan münaqişələr, bir-birinə etimad edən dostların arasında yaranan zorakılıqlardır. Bunun qarşısının alınması üçün təbii ki, insanlarda bir balaca incəsənətə maraq artmasıdır. İnsanlar tamaşalara, konsertlərə gedərək mənəvi cəhətdən az da olsa dincəlməlidirlər. Mənəvi cəhətdən psixoloji immunitetini qaldıran insanlar təbii ki, məişət zorakılığından uzaq olan insanlardır. Odur ki, bacardığımız qədər bir-birimizə qarşı daha diqqətli olmalıyıq”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə