MEK əməkdaşları şəhid ailəsini ziyarət edib - FOTOLAR

MEK əməkdaşları şəhid ailəsini ziyarət edib - FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının Sənədlərlə iş şöbəsinin müdiri, MEK Qadınlar Təşkilatının sədri, hüquq üzrə fəlsəfə doktoru Reyhan Cəfərova, Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri Roksana Səfərzadə, Elektron resurslar şöbəsinin baş mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Mahirə Əzizova “Şuşa İli” çərçivəsində II Qarabağ müharibəsinin şəhidi Nicat Tarverdiyevinailəsini ziyarət ediblər. SİA xəbər verir ki, ziyarət zamanı şəhidin anası Şükran Tarverdiyeva oğluilə bağlı xatirələrindən, onun vətənpərvərliyindən, doğma torpağa bağlılığından danışıb. “Nicat hələ müharibədən əvvəl əldə etdiyi Xarıbülbülü coğrafiya kitabının arasında Ağdərə olan hissədə uzun müddət qurudub saxlamışdı. 44 günlük Vətən müharibəsində də Nicat elə məhz Ağdərə istiqamətində şəhid oldu”-deyə, şəhidin anası qeyd edib.

MEK əməkdaşları Vətən uğrunda gedən döyüşlərdəNicat və onun kimi minlərlə şəhidimizin öz adlarınıtarixin yaddaşına qızıl hərflərlə yazdırdıqlarını, illərkeçib, nəsillər ötsə də onların göstərdikləri şücaətin hərbir Azərbaycan vətəndaşının qəlbində əbədiyaşayacağını qeyd ediblər.

Görüş zamanı şəhidin anası Şükran xanım oğlu Nicathaqqında olan sənədləri toplu şəklində MEK-in Qarabağ müharibəsi qəhrəmanları fonduna bağışlayıb. Fondda həmin sənədlərdən ibarət sərgi təşkil edilib.

Qeyd edək ki, Nicat Tarverdiyev 1998-ci il 17 noyabrda Bakı şəhərində doğulub, ailənin tək övladıolub. Ali təhsilini Azərbaycan Kooperasiya Universitetində alıb. Füzuli istiqamətində və Suqovuşan qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 9-da axşam saatlarında Ağdərə istiqamətində gedən döyüşlərdəşəhid olub, III Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Suqovuşanın azadolunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə