Milli Kitabxana virtual görüş keçirib - FOTOLAR

Milli Kitabxana virtual görüş keçirib - FOTOLAR

Azərbaycan Milli Kitabxanası tərəfindən Respublikanın Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin işçiləri ilə “Elektron informasiya resurslarının yaradılması: mövcud vəziyyət və problemlərin həlli yolları” mövzusunda virtual görüş keçirilib.

SİA xəbər verir ki, görüşü Milli Kitabxananın direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova açaraq iştirakçıları salamlamış, kitabxanalarda son illər proseslərin modernləşdirilməsi, mütərəqqi metod vətexnologiyaların tətbiqi sahəsində fəaliyyətin genişləndirilməsindən danışmış, Milli Kitabxananın metodik mərkəz kimi respublikanın Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin (MKS) fəaliyyətini yaxşılaşdırmaq məqsədilə onların işini dövrün tələbinə uyğun istiqamətləndirdiyini qeyd etmişdir. Virtual görüşün keçirilməsində əsas məqsədin kitabxanaların fəaliyyətininin mövcud vəziyyətinianaliz etmək, kitabxana əməkdaşlarını yeniliklərlə tanış etmək, problemləri aydınlaşdırmaq, onların həlli yönündə təklif və tövsiyələrlə çıxış etmək olduğunu, kitabxana işinin müxtəlif istiqamətlərində bu cür silsilə görüşlərin mütəmadi şəkildə keçirilməsinin əhəmiyyətini vurğulamış, Milli Kitabxananın hər kəsə açıq olan elektron kitabxanası, tammətnli məlumat bazaları, virtual sərgilər və yeni tammətnli layihələri haqqında məlumat verərək, onları öz işlərində buresurslardan yararlanmağa və təşkil ediləcək bütün treninqlərdə fəal iştirak etməyə dəvət edib.

Görüşdə Milli Kitabxananın əməkdaşı Təranə Cəfərova respublika MKS-də elektron kataloq və elektron kitabxananın formalaşdırılması xüsusiyyətləri haqqında çıxış etmiş, bu sahədə müasir vəziyyət təhlil edilmiş, tətbiq prosesində meydana çıxan problemlər, keyfiyyətin artırılması yolları və s. istiqamətlərdə müzakirələr aparılmış,aktual suallar cavablandırılmış və funksionallığın artırılması məqsədilə lazımi tövsiyələr verilib.

Görüşdə Gəncə, Goranboy, Şəki, Quba, Şabran, Nefçala, İsmayıllı, Siyəzən, Samux, Sumqayıt, Qəbələ, İmişli, Oğuz, Ağdaş və digər şəhər və rayon MKS-nin əməkdaşları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə