Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 25 iyul 2022-ci il tarixdə 3 rayona: Masallı, Lerik və Göygöl rayonlarına yeni icra başçısı təyin edib. Yeni təyin olunan icra başçıları ilə görüş keçirən cənab Prezident onlara tövsiyə və tapşırıqlar verib, dövlət siyasətini regionlarda həyata keçirməyin yollarını, müasir idarə etmə qaydalarını, ictimai nəzarətin,ictimaiyyətlə işləmək bacarığının vacib olduğunu və onlardan fəal iş, nəticə gözlədiyiini bildirib. Hər 3 rayonun turizm potensialının çox zəngin olduğunu vurğulayan cənab Prezident həmin rayonlarda turizmə daha çox diqqət yetirməyi, torpaqlardan səmərəli istifadə etməyi, idarəetmədə ciddi islahatlar aparmağı onlara tövsiyə edib.
Ölkəmizin inkişafına kölgə salan, ciddi nöqsanlara yol verən bəzi icra başçılarının cinayət məsuliyyətinə cəlb edildiyini bildirən cənab Prezident deyib: "Qanunsuz əməllərə son qoyulmadır. Ölkəmizin inkişafına kimə görəsə kölgə sala bilmərik.Heç kim qanundan yüksək ola bilməz... Bəzi başçılar əyri yolla gediblər...
Mövcud olan problemlər öz həllini tapmalıdır. Sosial ədalət prinsipləri cəmiyyətdə bərpa olunmalıdır".
44 günlük 2-ci Qarabağ müharibəsini xatırladan Prezident qələbəyə görə şəhidlərə və qazilərə borclu olduğumuzu bildirmişdir. O deyib ki, rayonların inkişafı ilə bağlı özünüz təşəbbüş göstərməlisiniz,sahibkarları cəlb etməlisiniz. Təbiətlə zəngin olan hər 3 rayonun infrastrukturu və potensialı ilə bağlı göstəriş verən cənab Prezident sonda hər 3 başçıya dərin etimad göstərdiyini bildirib.
Nurməmməd Ağayev, Masallı rayonu, Boradigah qəsəbə 2 nömrəli tam orta məktəbinin direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB