27 iyul 2022-ci il tarixində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev seçki ərazisindən daxil olan müraciətlərə əsasən Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında qanunun 18 maddəsini rəhbər tutaraq əraziyə səfəri çərçivəsində növbəti fərdi vətəndaş qəbulunu keçirib. SİA xəbər verir ki, Göyçay rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda görüş zamanı seçicilərin çoxsaylı müraciətləri dinlənilib.
Qəbula gələn vətəndaşlarıngörüş zamanı səsləndirdikləriproblemlər sırasındaəsasən səhiyyə, pensiya, məşğulluq səviyyəsinin yüksəldilməsi,həmçininmənzil-məişət problemləri ilə bağlı məsələlər başlıca yer alıb.
Deputat müxtəlif mövzularda onları narahat edən problemləri nəzarətə götürərək müvafiq yerli orqanların nümayəndələrinin iştirakı ilə yerindəcə aidiyyatı üzrə əlaqələndirdi. Bir neçə məsələ yerindəcə həllini tapıb.
Deputat səlahiyyətlərinə aid olan problemlər nəzarətə götürülüb və həlli üçün qanunvericilik çərçivəsindəmüvafiq addımlar atılıb. Eyni zamanda deputat sorğularının göndəriləcəyi, vətəndaşların problemlərinin həlli üçün aidiyyatı orqanlar qarşısında məsələlərin qaldırılacağı da vurğulanıb.
Qeyd edək ki, fərdi şəkildə keçirilən qəbulda 15-ə yaxın seçici iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB