"Sərhədçi"nin adı dəyişdirilib

"Sərhədçi"nin adı dəyişdirilib

Dövlət Sərhəd Xidmətinə məxsus "Sərhədçi" idman kompleksinin adı dəyişdirilib.

SİA-nın məlumatına görə, Sərhədçi İdman Olimpiya Mərkəzi adlandırılan kompleks bundan sonra Sərhədçi İdman Mərkəzi adlandırılacaq.

Artıq idman kompleksinin adında müvafiq dəyişiklik edilib. Dəyişiklik Gənclər və İdman Nazirliyinin tövsiyəsinə əsasən baş tutub.

Qeyd edək ki, "Sərhədçi" 2009-cu ilin avqustun 31-də açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə