832 yeni seçki məntəqəsi yaradılıb

832 yeni seçki məntəqəsi yaradılıb

"2022-ci ilin yanvar ayından may ayının sonuna qədər Mərkəzi Seçki Komissiyası Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilib tərtib olunması prosesini həyata keçirib”. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.

Rövzət Qasımov bildirib ki, seçki məntəqələri üzrə ən azı 50, ən çoxu 1500 seçici ola bilər: “Bununla əlaqədar olaraq may ayının əvvəlindən işə başlanılıb. Seçki Məcəlləsinin tələbi ilə bağlı 1300-dən artıq seçki məntəqəsinin yaradılması zərurəti yaranıb. 103 seçki dairəsinin ərazisində 832 yeni seçki məntəqəsi yaradılıb. Respublika üzrə ümumi 6274 seçki məntəqəsi fəaliyyət göstərəcək. Həmin məntəqələrin seçici siyahıları və s. məsələləri artıq həll olunub.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə