İyulun 22-də Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt bölmələrinin, Peşə Təhsili Mərkəzinin təşkilatçılığı ilə Milli mətbuatımızın yaranmasına həsr olunmuş “Mətbuatımız, problemləri və həlli yolları” adlı dəyirmi masa keçirilib.
Öncə Azərbacan torpaqlarının bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu yad edilib.
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri, “Tərəqqi” medallı Gülnarə Cəmaləddin tədbiri giriş sözü ilə açaraq Azərbaycan mətbuatının inkişaf yollarını ətraflı şəkildə diqqətə çatdırmışdır. Diskussiya şəklində keçən dəyirmi masada Əməkdar jurnalistlər Eyruz Məmmədov, Rafiq Oday, Ətrabə Rzayeva, "Sumqayıt" qəzetinin baş redaktoru Sübhan Quliyev, Zərdabi nəslinin davamçısı, “Zərdabi” poliqrafiya müəssisəsinin direktoru Aydın Məlikov, Azərbaycan Jurnalistlər Birliyinin Şərqi Zəngəzur bölməsinin rəhbəri, "Bərgüşad" və “Sözün Sehri” qəzetlərinin redaktoru Qafqaz Əvəzoğlu, yazıçı-ssenarist, kulturoloq Hafiz Ataxanlı, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin məsləhətçisi Xatirə Fərəcli, peşəkar jurnalist Aygün Hacıyeva, istedadlı yazıçı Mənsurə Xələfbəyli və başqaları çıxış edərək müzakirə olunan mövzu ilə bağlı fikirlərini bildirib, məktəblilərin sullarına ətraflı və dolğun cavablar verib, təklif və tövsiyələrini ifadə ediblər.
Tədbirdə qərara alınıb ki, irəli sürülən təkliflər əsasında şəhərin peşəkar media işçilərinin iştirakı iləayrı-ayrılqda görüşlər keçirilsin.
Sonda Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova şəhər rəhbərliyinin Milli Mətbuat günü münasibətilə media nümayəndələrinə təbrikini çatdırıb, onlara yeni-yeni nailiyyətlər arzulayıb.
İlhamə Məhəmmədqızı,
“Sumqayıt” qəzetinin əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB