22 iyul- Milli Mətbuat Günü münasibətilə “İrəli” İctimai Birliyi “SƏS” Media Qrupu təbrik edib. SİA xəbər verir ki, birliyin mətbuat xidmətinin rəhbəri Arif Rəhimli bildirib ki, yeni dövrdə gənclər sektoru və KİV arasında geniş əlaqələr mövcuddur. Xüsusilə də “İrəli” İctimai Birliyi ilə əməkdaşlıq edən “SƏS” Media Qrupunun fəaliyyətini olduqca yüksək qiymətləndirən A. Rəhimli onlara gələcək işlərində uğurlar arzulayıb. O, “İrəli”nin fəaliyyətini işıqlandırdığı üçün “SƏS” Media Qrupuna təşəkkür edib.
Səs İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev “İrəli” İctimai Birliyinə Milli Mətbuat Günü münasibətilə göstərdiyi diqqətə görə dərin təşəkkürlərini bildirib. O, “İrəli” İctimai Birliyinə layihələrində uğurlar arzulayaraq qeyd edib ki, aralarındakı əməkdaşlıq bundan sonra da uğurla davam etdiriləcək. İcraçı direktor gənclərin fərdi inkişafına yardımçı olan təşkilatlar barədə ətraflı danışaraq onların fəaliyyətini müsbət qiymətləndirdiyini qeyd edib.
Vəli Vəliyev vurğulayıb ki, “SƏS” gənclərə daim dəstəkdir. O, “İrəli”nin gələcək layihələrində uğurlar arzulayaraq onlarla bağlı olan düşüncələri barədə öz təəssüratlarını qeyd edib.
Sonda xatirə fotosu çəkilib.
Qeyd edək ki, “İrəli” İctimai Birliyi 2005-ci ildə gənclər hərəkatı kimi fəaliyyətə başlayıb, 2009-ci ildə isə dövlət qeydiyyatına alınıb. Təşkilatın əsas məqsədi gəncləri hərbi vətənpərvərlik ruhunda formalaşdırmaq və gənclərin hərtərəfli inkişafına dəstək olmaqdır.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB