"Artıq son günlər sanki ardı-ardına baş verən intiharlar sanki insanları öz ağuşuna alır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, stresə dözümsüz insanlar aldıqları ilk stress mənbəyi informativ stresslər olur: "İnformativ streslər kütləvi informasiya vasitələrindən aldığımız xəbərlərdir ki, sanki onlar bizi birbaşa intihara aparır. Bu gün əgər, mənim oğlumu belə bu xəbərlər narahat edirsə, deməli digər insanları da narahat edir. Bu gün "Verter" effekti insan psixologiyasını birbaşa intihara sürükləyir. Bəzi ölkələr var ki, orada intiharlarla bağlı danışılmaması üçün qadağa qoyulub. Bu cür ölkələr statistik məlumatlara görə, ən intihar hallarına rast gəlinən ölkələr siyahısındadır.
Ümumiyyətlə media intihar halları ilə bağlı xəbər başlıqlarını elə qoymalıdır ki, insanlar intihardan uzaqlaşdırmalıdır. Yəni bir insana nə qədər çox stresdən danışsaq, həmin insan çox stresli olacaq. Mental düşünücələrimiz bizim həmin mentalı pozmağa səbəb olur".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB