Kamal Kələntərlinin 100 yaşı qeyd edilib - FOTOLAR

Kamal Kələntərlinin 100 yaşı qeyd edilib - FOTOLAR

Lənkəran şəhərində yaşayan uzunömürlü Kamal Kələntərli Lənkəranın ictimai həyatında fəal iştirak edən şəxs kimi tanınır.Uzun illər Lənkəran rayon ağsaqqallar şurasına rəhbərlik edib.

AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun Uzunömürlüyün fiziologiyası laboratoriyasınn əməkdaşları tərəfindən artıq o, 7 ilə yaxındır ki, uzunömürlü kimi mütəmadi tədqiq olunur. Hazırda Lənkəran Regional Elmi Mərkəzinin(LREM) herontoloji tədqiqatlar şöbəsi də bu tədqiqatlara qoşulub.

İyulun 20-də uzunömürlü Kamal Kələntərlinin 100 yaşı qeyd olunub. Yubiley tədbirində LREM-in elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dos. Sevinc Hüseynova iştirak edib. O, yubilyara LREM-in direktoru prof.Fərman Quliyevin, həmçinin AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru prof. Ulduz Həşimovanın təbriklərini çatdırıb.

Prof. Ulduz Həşimova telefon vasitəsilə K.Kələntərliyə xoş arzularını çatdırıb. Dosent Sevinc Hüseynovanın sözlərinə görə, hazırda, uzunömürlünün fiziki göstəriciləri yaşına görə normaldır, əllərində tremor yoxdur, yaddaşı mükəmməl, nitqi səlisdir, yaxşı eşidir, lakin pis görür. Arterial təzyiqi adətən normada olur. Hərəkətlidir. Verilən suallara aydın və əhatəli cavabları diqqəti cəlb edirdi.

Qeyd edək ki, uzunömürlü günlərinin daha çox hissəsini ailəsi ilə birgə keçirir.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə