Təbii şirələrin uşaqlara faydaları nələrdir? - DİQQƏT! - MÜTƏXƏSSİS AÇIQLADI

Təbii şirələrin uşaqlara faydaları nələrdir? - DİQQƏT! - MÜTƏXƏSSİS AÇIQLADI

"İlk olaraq onu deyə bilərik ki, meyvə şirəsi uşağın altıncı ayınadək heç bir faydası yoxdur. Uşağa altıncı aydan sonra veriləcək meyvə şirəsinin təbii meyvə şirəsi olmasına diqqət etmək lazımdır. Çünki tərkibində şəkər və su qatılan meyvə şirələri uşaqlara faydadan çox zərəri var. Bundan savayı təbii meyvə şirəsinin 6 aydan böyük uşağa gündə ən çox 1.5 çay stəkanı qədər olmasına diqqət edilməlidir. Əgər məcbur qalıb alacaqsınızsa, hazır qutularda satılan meyvə şirələrindən üzüm və alma tərkibli, kimyəvi qatqısız olanı seçmək lazımdır. Çünki digər aromaları ehtiva edən meyvə şirələrində şəkər və su qatqısı çox olur". Bu fikirləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, uşaqlara təbii təzə meyvə şirələrindən üzüm, şaftalı, alma, banan və armud şirəsi verilə bilər. Ancaq altıncı aydan sonra üzüm suyu verilməlidir: "Alma və banan şirəsində fruktoza və qlükoza miqdarı çox olduğuna görə veriləcək miqdarda həddi aşmamaq lazımdır. Meyvə şirəsi ümumi olaraq çox zərəri olmayan bir içkidir. Xüsusilə körpələr üçün ana südündən sonra meyvə suyu tərceh edilir.
Əgər təbii meyvə şirəsi yoxdursa, o zaman içkilərdən süd, ayran və kefir verilə bilər. Qəti şəkildə qazlı və karbohidratlı içkilər verilməməlidir. Tərkibində ancaq meyvə, şəkər və su olan içkilər də verilməlidir.

Meyvə şirəsini gecə yatmadan əvvəl vermək olmaz. Mümkün qədər gün ərzində qəbul edilməlidir. Ac qarnına qəbul etmək reflüksə səbəb olur. Yatmadan əvvəl qəbul edilən meyvə şirəsi bir çox problemlərə səbəb ola bilər. Meyvə şirəsi tərkibindəki turşular dişdəki mina qatına zərər verə bilir və çürümələrə səbəb olur. Aparılan araşdırmalarda gündə 2 su stəkanından daha çox meyvə şirəsi içən 2-6 yaş aralığındakı uşaqlarda boy qısalığı və piylənmə kimi problemlər baş verdiyi müşahidə edilmişdir.

İki su stəkanından daha az meyvə şirəsi qəbul edən uşaqların ancaq üçdə birində piylənmə müşahidə edilərkən, iki su stəkanından daha çox meyvə şirəsi qəbul edən uşaqların yarısında piylənmə müşahidə edilmişdir.

Meyvə şirələri bəzi kimyəvi maddələr ehtiva edir. Təbiətinə görə meyvə şirələri tez xarab olur. Marketlərdə satılan meyvə şirələrinin rəf ömrünü uzatmaq üçün qoruyucu kimyəvi qatqı maddələri qatılır. Bu qoruyucu kimyəvi qatqı maddələri meyvə şirəsi ətrini verdiyi üçün istehlakçılar aldana bilir. Bu baxımdan hazır meyvə şirələri qəbul etmək əvəzinə mövsümi meyvələri yemək daha faydalı olar.

Meyvə şirələrinin qida dəyəri çox deyil. Təzə sıxılmış olsa da çox fruktoza ehtiva edir və eynilə digər içkilər kimi zərərli ola bilər. Ancaq 100% təbii C vitamini, B1, fol turşusu və kalium tərkibinə görə heç faydası yoxdur demək də doğru deyil. Meyvənin şirəsini əldə etmək üçün sıxdıqda onun faydalı lifləri də yox olmağa başlayır.
Hazır meyvə şirələrinin tərkibində şəkər çox olur. Bəzilərimiz bir qutu kola içmək əvəzinə eyni miqdarda hazır meyvə şirəsi içməyi tərceh edir. Ancaq eyni miqdarda hazır meyvə şirəsi ən az bir qutu kola qədər şəkər ehtiva edir. Bu baxımdan da hazır meyvə şirəsi əvəzinə mövsümi meyvəni yemək daha faydalıdır.
Meyvə şirəsi diabet riski yarada bilər. Alma, armud, üzüm və qarağat yemək tip 2 diabetə yaxalanma ehtimalını azaldır. Aparılan araşdırmalarda müşahidə edilmişdir ki, həftədə 3 dəfə qarağat yemək diabet riskini 26%-ə qədər azaldır. Aparılan araşdırmalara görə meyvənin özü yerinə şirəsini qəbul etmək diabet riskini azaltmır. Əksinə meyvə şirəsini qəbul etmə diabet riskini 8%-ə qədər artırır.

Sağlam bir qidalanma üçün qəbul edilən qidalar qədər, içkilər də vacibdir. Əksər insanlar yediyi qidanın sağlam olmasına diqqət edərək, qidanın yanındakı içkinin tərkibinə diqqət etmir. Ancaq bu yanlış bir addımdır. Fayda qəbul etdiyimiz içkinin təbii və balanslı olmasındadır. Bu baxımdan təbii meyvə şirələrinin də bəzi vacib faydaları da var. Misal olaraq ananas şirəsi qəbul edilə bilər. Tərkibində c vitamini, kalsium, kalium, dəmir və manqan olan ananas suyu, immunitet sisteminə çox faydalıdır. Həmçinin allergiyalara da qarşı da güclü qoruyucudur. Alma suyu tərkibində antioksidantlar səbəbilə çox faydalı bir içkidir. Cild sağlamlığına çox faydalıdır. Bol miqdarda E və C vitamini ehtiva edir. Portağal şirəsi isə bol miqdarda C vitamini, B vitamini, kalium, kalsium və manqan ehtiva edir. Nar suyu isə ehtiva etdiyi antioksidantlar baxımından xərçəngə qarşı qoruyucudur".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə