"Yayılmış məlumatlar əsasında 6 cinayət işi başlanıb" - Kamran Əliyev

"Yayılmış məlumatlar əsasında 6 cinayət işi başlanıb" - Kamran Əliyev

"Bu ilin 6 ayı ərzində monitorinqlər nəticəsində media və sosial şəbəkə səhifələrində yayılmış məlumatlar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 6 cinayət işi başlanıb". SİA xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev kollegiya iclasında deyib.

O bildirib ki, bir məlumat üzrə aidiyyəti struktur qurum tərəfindən məhkəməyə mülki iddia verilib, iki məlumat üzrə neqativ hallardan çəkindirmək məqsədilə vətəndaşlara prokuror təsiri tədbiri aktı olan xəbərdarlıq elan edilib, üç məlumat üzrə qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təqdimatlar göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə