İntihar nəğməsi - HEKAYƏ

Göy üzünü qara pərdələr örtməkdə davam edirdi. Buludların əl-ələ tutaraq tələsik harasa yan alması şəhərdə baş verən hadisələrində özlərini günahkar biləcəklər deyə ehtiyat edərək uzaqlaşırmış kimi görünürdü. Hava tutqun və buludlu olmasına baxmayaraq beton üzərindəki qan ləkələri uzaqdan qaraltı kimi gözə çarpır. Hadisənin baş verdiyi ərazinin qara lentlərlə mühasirəyə alınması axtarış-tədqiqat işlərin hələ də davam etməsindən xəbər verirdi. Ara-sıra gələn polis maşınları qonşuları sorğu-sual edir, mənzil-mənzil gəzərək hadisə şahidlərini dindirməyə aparırdı. Eyni məhəllədə eyni saatlarda iki ölüm hadisəsinin baş verməsi nəinki məhəlləni, bütün mikrorayon əhalisini təşvişə salmışdır. Hadisələrin cinayət, yoxsa intihar olması araşdırılıb dəqiqləşdirdikdən sonra bəlli olacaqdır.

Əmim Nizami rayon polis şöbəsində işləyir. Dünən gecə saat 23:00 radələrində edilən zəng minik avtomobilinin gənc xanımı vurulması və ölümlə nəticələnən avtoqəza hadisəsindən xəbər verdi. Şəxsiyyəti təsdiq edən heç bir sənəd üstündə olmadığından hadisə qurbanının adı hələ də açıqlanmayıb.

Digər hadisə araşdırmaları da bir nəticəni üzə çıxara bilməyib. Yaşadığım bina ilə üzbəüz olan beşmərtəbəli binanın üçüncü mərtəbəsindən intihar edən Bədirbəyli Günelin nə ölümünü, nə də dirisini tapa bilməyiblər. Beton üzərində qat şəklində qalan qan ləkələri qızın sağ qalmaq ümidini azaldır. Bütün məhəllə, hətta polislər belə hadisənin bir cinayət olmasını və izini itirmək üçün cəsədin aradan götürülməsi kimi fikirlər irəli sürürdülər. Gözümüzün qabağında böyüyən qızın belə bir iş tutması inanılmaz idi. Məhəllədə sakitliyi ilə seçilir və piano kurslarına gedirdi. Onu intihara sürükləyən səbəb nə ola bilərdi, axı? Günelin sağ tapılması üçün hamımız dua edirdik. Qızın yoxa çıxması o biri cinayət hadisəsini düşüncəmdə kölgəyə salırdı.

Əmimə yığıb təzə xəbərlərin olub-olmadığını soruşdum. Axtarışlar nəticəsində intihar edən binadan əlli metr aralığında, yola çatmamış damcılar şəklində yeni qan izlərinin aşkarlandığını söylədi. Qanın hadisə qurbanına məxsus olub-olmadığını sübut etmək üçün hər iki yerdən analizlər götürərək laboratoriya şöbəsinə göndərilib. Bəli, hər iki yerdən götürülən qanın eyni adama məxsus olduğu deyilir artıq. Deməli, Günel ölməyib. Şükür sənə, İlahi!

Hadisə yerindən ora qədər yeriyə bilibsə, demək ciddi xəsarət almamışdır. Əmimi bir də yığıb qızın təcili tapılması üçün axtarışlara tələsmək lazım olduğunu, lazım gələrsə özümün də ora gələcəyimi söylədim. Gecikmişik!

Əmimin sözünü bitirməsi telefonu qapatması ilə eyni oldu. Əsəbi halda söylədiyi "gecikmişik" kəlməsi şimşək kimi beynimdə səs saldı. Nə baş verdiyini öyrənmək üçün birbaşa polis şöbəsinə getməyi düşündüm. Həyətdə kişilər, qadınlar, uşaqlar yığılıb həyəcanla nələrisə danışdığını eşidirdim. Nəsə ağır xəbərlərin olduğu hiss olunurdu. Söylənilənlər ağızdan-ağıza ildırım sürəti ilə yayılırdı.

Məhəlləmizdən əsas yola kimi 4-5 yerdə qan izləri aşkarlanmışdır. Həyəcandan bədənim baş barmağımdan başımın son tükünə kimi əsirdi. Avtoqəza baş verən yerdən götürülən qan izləri ilə məhəlləmizdə ayrı-ayrı yerlərdə tapılan izlərin cavabları eyni nəticəni vermişdi. Maşın vurması nəticəsində dünyasını dəyişən qızın adı açıqlandı: Bədirbəyli Günel. Demək Günel? Bir cana neçə dəfə qəsd olunub, İlahi!

Qız bir dəfə özünü yaşadığı otağın pəncərəsindən atmış, canından qurtula bilmədiyi üçün yaralı halda ikinci dəfə maşın altına atmışdır. Hadisənin mahiyyətini, intihara gətirəcək qədər səbəblərini öyrənmək üçün təhsil aldığı məktəbdən oxuduğu kitablara qədər, yaşadığı otaqdan işlətdiyi telefona qədər araşdırırdılar. Polislər Günelin yaşadığı otağın pəncərəsindən üstündə bir neçə cümlə yazılan kağız və pianoda özü ifa elədiyi "İntihar nəğməsi" adlanan musiqisi açıq qalmış və olduğu kimi kilidlənən telefon tapılmışdır.

Kağız parçasında yazılanlar: Əziz valideynlər! Əsas da atalar! Siz övladınızı qorxutmaqla, döyməklə, söyməklə hansısa psixoloji və ya mənəvi zoraklıq göstərməklə onları tərbiyələndirdiynizi düşünürsünüzə, etməyin. Onları tərbiyə adı ilə sıxışdırmayın, xoşbəxt edəcək hisslərdən məhrum etməyin. Bizim də xoşbəxt olmaq haqqımız var! Burada tapa bilməyəcəyim xoşbəxtliyi, orada tapacağam deyə, yola çıxıram. Əlvida!

Müəllif: Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə