“Küləkli hava şəraiti Bakıda və Abşeron yarımadasında həftəsonunadək davam edəcək”. Bu fikirləri SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, şimal-qərb küləyinin maksimal sürəti 15-20, bəzi yerlərdə 23-28 metr saniyə olacaq: “Bölgələrdə də iyulun 22-si gündüz şimal və qərb rayonlarından başlayaraq iyulun 25-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı bölgələrdə qərb küləyi arabir güclənəcək. Gözlənilən yağışla əlaqədar çaylarda suların artacağı ehtimal olunur”.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB