AHİK-in təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

AHİK-in təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Milli Mətbuatın 147-ci ildönümü münasibətilə jurnalistlər üçün bayram şənliyi təşkil edib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Akif Təvəkküloğlu çıxış edərək 147 illik mətbuatın indiki dövründən və dövlət ilə mətbuat arasındakı münasibətlərdən, Prezidentin mətbuata, media nümayəndələrinə göstərdiyi yüksək diqqət və qayğıdan danışıb. O bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun məntiqi nəticəsi kimi bu gün ölkədə azad, demokratik və güclü mətbuat var. Hazırda müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Daha sonra tədbir nahar və çay süfrəsi arxasında davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə