"Belə hadisələri işıqlandırmamaq daha doğru olar" - EKSPERT DANIŞDI

"Belə hadisələri işıqlandırmamaq daha doğru olar" - EKSPERT DANIŞDI

"Ümumiyyətlə intiharlarla bağlı xəbərlərin verilməsinin tərəfdarı deyiləm. İntihar fərdi hadisədir və bir insanın mənəvi-psixoloji vəziyyətdən çıxa bilməməsinin nəticəsidir". Bu fikirləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət bildirib.

Onun sözlərinə görə, yəni öz canına qıyır və bununla da öz yaxınlarını, sevdiklərini, ailəsini gözüyaşlı qoyur: "Bu böyük bir faciədir. Amma bütövlükdə götürdükdə belə hadisələri ümumiyyətlə işıqlandırmamaq daha doğru olar. Çünki pis vərdişlər yoluxucu olur. Belə nümunələr adiləşir. Xüsusən də psixologiyası zəif olan insanlar adiləşmiş olan bu hallara meyillənirlər. Mətbuat bunu işıqlandırdıqca bu halların sayı artır. Düşünürəm ki, media bu tip xəbərlərdən yayınmalıdır. Əlbəttə bəzən bu cür hadisələr baş verir. İctimai çəkisi yüksək olan insan dözə bilməyib intihar edir. Yəni bu cəmiyyəti narahat edən, maraqlandıran məsələdir. Amma bəzən ailəsində problem olduğu zaman və ya kiminləsə sözü tərs gəldiyi üçün əsəbindən intihar edən insanlarda var. Yəni bu kimi intiharların mətbuat tərəfindən yayımlanması düzgün deyil. Mümkün qədər bu cür xəbərlərin geniş yayılmasının qarşısını almalıyıq. Jurnalistlərin vəzifəsi odur ki, belə xəbərlərin mümkün qədər yayılmasının qarşısı alsınlar. Qeyd etdiyim kimi pis vərdişlər tez yoluxan xarakterdədir. Belə xəbərlərin yayılması yetişməkdə olan nəsilə öz mənfi təsirlərini göstərir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə