“İnsan faciəsi üzərində şou yaratmaq cəmiyyətin zərərinədir” - BAŞ REDAKTOR AÇIQLADI
“Jurnalistin hansısa mövzuda yazmasına qadağa qoyula bilməz. İntiharla bağlı xəbərlər də bu kateqoriyaya daxildir. Sadəcə, bu cür xəbərlər süzgəcdən keçirilməli, peşəkar qaydalara uyğun hazırlanmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdiyev deyib.
Onun sözlərinə görə, xəbərin təqdimatına xüsusilə diqqət yetirmək lazımdır: “Xəbər təbliğat xarakterli olmamalı, uşaq və yeniyetmələri, iradəsi zəif olan insanları bu əmələ təşviq etməməlidir. Xəbər çəkindirici olmalı, insanları bu əməldən daşındırmağa xidmət etməlidir. Şəkil seçərkən həssas davranmaq lazımdır. Xəbərləri dəhşəti təbliğ edən, insanlarda qorxu yaradan şəkillərlə yaymaq doğru deyil.
Ümumiyyətlə, zorakılıqdan bəhs edən, qətl, işgəncə təsüvvürü yaradan xəbər və şəkillərdən çəkinmək lazımdır. Bəzən şəkillərdən qan qoxusu gəlir. Məncə, bu qədər incəliyə varmağa lüzum yoxdur. İntihar xəbərləri ilə paralel intiharı doğuran səbəbləri də araşdırmaq, ortaya daha dolğun material çıxarmaq həm mətbuatın, həm də cəmiyyətin xeyrinədir. İnsan faciəsi üzərində şou yaratmaq, reytinq qazanmaq həm mətbuatın, həm də cəmiyyətin zərərinədir”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB