YAP Qazax rayon təşkilatında gənc könüllülərlə görüş keçirilib - FOTOLAR

YAP Qazax rayon təşkilatında gənc könüllülərlə görüş keçirilib - FOTOLAR

20 iyul 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının inzibati binasında YAP Qazax rayon təşkilatının yaradılmasının 29-cu ildönümü ərəfəsində gənc könüllülərlə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək, ölkəmizdə gənclərin hərtərəfli inkişafına nail olunması üçün həyata keçirilən “Dövlət Gənclər Siyasəti”ndən ətraflı danışıb. Bu siyasətin Yeni Azərbaycan Partiyasının fəaliyyətində də mühüm yer tutduğunu və Yeni Azərbaycan Partiyasının günü-gündən gəncləşən könüllülər partiyası olduğunu xüsusilə qeyd edib. YAP Qazax rayon təşkilatının yaradılmasının 29-cu ildönümü ərəfəsində belə bir tədbirin keçirilməsinin mühüm əhəmiyyətindən bəhs edən A.Nəbiyev gənclərə öz dəyərli məsləhət və tövsiyyələrini verib.

Gənc könüllülərdən Vüqar Mehdizadə, Aysu Bağırova və başqaları çıxış edərək gördükləri işlərdən, həyata keçirdikləri tədbirlərdən danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə