Şəhər sakinlərinin Böyük Qayıdışla bağlı təəssüratları - SORĞU

Şəhər sakinlərinin Böyük Qayıdışla bağlı təəssüratları - SORĞU

44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə quruculuq-bərpa işlərinə başlanıldı. Düşmən tapdağından azad olan Qarabağımız dünyanın ən gözəl məkanlarından birinə çevriləcək. Hazırda bir çox ərazilərdə bərpa işləri aparılır. Bu gündən əhalinin ilk qrupunun Zəngilanın Ağalı kəndinə köçürülməsinə başlanılır. Bu proses 4 mərhələdə həyata keçiriləcək. Prosesin birinci mərhələsində 40-dan çox ailənin Ağalıya köçürülməsi planlaşdırılıb. Bununla bağlı SİA olaraq şəhər sakinlərinin fikirlərini öyrəndik:

Şəhər sakini Rəna Bağırova: "Bəli, çox sevincli haldır. Neçə ildir həsrətini gözləyirdik. Axır ki, onlar da öz vətənlərinə qovuşdular. Bu bizim üçün qürurverici bir hadisədir. Neçə ildir yolunu gözlədiyimiz torpaqlarımızda artıq vətəndaşlarımızın köçü başlayıb. Orada evi olan hər kəsə arzu edirəm ki, onlar da tezliklə öz ata-baba yurdlarına qovuşsun".

Şəhər sakini Lamiyə Bağırova: "Bir vətəndaş kimi bu hadisələrə çox sevinirəm. 44 günlük Vətən müharibəsindən qalib çıxmaq bizim qürur yerimizdir. Hər zaman bu məsələlərlə bağlı danışanda kövrəlirəm. Bu çox gözəl bir hadisədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şafa versin. Bu sevincli günlərin yaşanmasında onların rolu böyükdür".

Şəhər sakini Cəlil Bəndəliyev: "Nəhayət ki, məcburi köçkülərimiz öz torpaqlarına qovuşurlar. Bu çox sevindirici haldır. Bu torpaqların əsl sahibi bizik və biz də torpaqlarımızı geri aldıq. İşğaldan azad edilmiş ərazilərimizdə vətəndaşlarımız üçün şəraitin yüksək dərəcədə yaradılması dövlətimizin göstərdiyi qayğıdan irəli gəlir. Ümumiyyətlə Azərbaycanın indiki vəziyyəti bizi çox qürurlandırır. Ölkəmizdə beynəlxalq görüşlərin keçirilməsi dövlətimizin inkişaf etməsindən xəbər verir ki, bu da olduqca sevindirici haldır".

Şəhər sakini Əsmər Yusifzadə: "Ağalı kəndinin hazır olduğunu və artıq həmin ərazilərə vətəndaşların köç etməsi məsələsini eşidəndə çox sevindim. Afərin bizim Ali Baş Komandana! Afərin Azərbaycan Ordusuna, Azərbaycan Əsgərinə! Bu işdə əməyi keçən hər bir şəxsə öz təşəkkürlərimi bildirirəm".

Şəhər sakini Sənidə Həsənova: "Neçə ildir ki, xalqımız bu anı gözləyirdi. Axır ki, biz buna nail olduq. İnşAllah tezliklə qarabağımızın digər bölgələrində də yaşayış üçün hər şey təmin olunar. Məcburi köçkünlərimiz öz torpaqlarına qayıtmağı gözləyirlər. Tezliklə arzusunda olduqları evlərinə qovuşarlar".

Şəhər sakini İsmayıl Zülüqarov: "Çox sevindirici haldır. Tezliklə o biri rayonlarımıza da köç başlayar. Biz 30 ildir ki, bu anı gözləyirik. Allah şəhidlərimizə rəhmət eləsin. Bütün bunlar onların sayəsində baş verdi. Qazilərimizə də Allahdan şəfa diləyirəm".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə