Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib - YENİLƏNİB - FOTOLAR
Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan ANAİB-in sədri Şəmil Sadiq birliyin 2 illik fəaliyyəti barədə məlumat verib.
Ardından birliyin koordinatoru Fizzə Məmmədova il ərzində keçirilən kitab sərgiləri, oxu günləri və digər təşkilati fəaliyyətlərin slaydını təqdim edib.
Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin müdiri Marifli Akif nazirliyin kitab siyasətindən bəhs edib: "Ötən il 105 min, bu il isə 500 min manatlıq kitabı müəlliflərdən və naşirlərdən aldıq. Növbəti illərdə bu rəqəmi daha da artıracağımıza inanırıq".
Şöbə müdiri həmçinin qeyd edib ki, Anar Kərimovun təşəbbüsü ilə ixtisaslı məzunlar ölkə kitabxanalarına təyinatla göndərilir: "Mədəniyyət və İncəsənət, həmçinin Bakı Dövlət Universitetlərinin kitabxanaçılıqla ixtisaslaşmış məzunları ölkə kitabxanalarına təyinatla göndərilir. Bütün bunlar hamısı ölkədə kitaba olan münasibətə yaxşı mənada təsir edir".
Çıxışlar bitdikdən sonra media nümayəndələrinin sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB