BŞDYPİ sürücülərə və hərəkət iştirakçılarına MÜRACİƏT EDİB - DİQQƏT!
Bakı şəhər Dövlət Yol Polis İdarəsi sürücülərə və hərəkət iştirakçılara müraciət edib. SİA xəbər verir ki, idarədən verilən xəbərə görə, Cəlil Məmmədquluzadə küçəsindən Silahlı Qüvvələrin Baş Klinik Hospitalı qarşısından üzü Həsən Əliyev küçəsi istiqamətinə hər iki istiqamətdə və Cəlil Məmmədquluzadə küçəsindən Hənifə Ələsgərova küçəsi istiqamətində yolda aparılan təmir-tikinti işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılıb:
"Sürücülərdən həmin istiqamətdə sıxlığın qarşısını almaq məqsədilə təmir-tikinti işləri başa çatanadək hərəkət üzrə istiqamətlərini dəyişməyi xahiş edirik", - müraciətdə deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB