Ölkənin ən böyük qida saytı istifadəyə verildi

Ölkənin ən böyük qida saytı istifadəyə verildi

Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov tərəfindən yaradılmış qidaelmi.az saytı gənc kulinarlar, qida mühəndisləri ümumilikdə isə qida ilə əlaqəsi olan hər kəs üçün yaradılıb. SİA xəbər verir ki, saytda gündəlik qida xəbərçisi bölümündə qida xəbərləri ilə yanaşı, qida fiziologiyası, qida kimyası, qida texnologiyası, qida tarixi bölümlərində qidanın müxtəlif elmləri ilə yaxından tanış olmaq olar. Qidaelmi.az saytı evdar xanımları da unutmur, beləki saytda mətbəx bölümündə müəllif yeməklərlə yanaşı, salatlar, ət, balıq, toyuq, pəhriz yeməkləri ilə də yaxından tanış olmaq olar.

Qeyd edək ki, sağlam qidalanan insanlar üçün sağlam qidalanma bölümü fəaliyyət göstərəcək və eyni zamanda dindarlar da dini mövzularda qida elmi ilə tanış ola bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə