Bakı-Sumqayıt yolunun kənarında ağaclar yanır

Bakı-Sumqayıt yolunun kənarında ağaclar yanır

Bakı-Sumqayıt yolunun kənarında ağaclar yanır.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nazirliyin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda Bakı-Sumqayıt şosesi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, yol kənarında quru ot, kol-kos və ağaclar yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə