Balakən Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, keçirilən tədbirlər zamanı məişət tullantılarını hara gəldi atan, ərazidə antisanitar vəziyyət yaradan şəxslər müəyyən olunub.
Onlarla izahedici söhbətlər aparılıb və ümumilikdə 40 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə protokol tərtib edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB