“Media və mənəvi dəyərlər” mövzusunda seminara start verilib - FOTOLAR

“Media və mənəvi dəyərlər” mövzusunda seminara start verilib - FOTOLAR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Oğuz şəhəri “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Media və mənəvi dəyərlər” seminar öz fəaliyyətinə başlayıb. SİA-nın verdiyi məlumata görə, seminar Oğuz rayonunda baş tutub.

Seminarda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva, “Olaylar” İnformasiya Agentliyi və qəzetinin rəhbəri, yazıçı Yunus Oğuz, Oğuz şəhər “Cümə” məscidi dini icmasının sədri Şövkət Cəlilov və digər rəsmilər iştirak edib.

Qeyd edək ki, tədbir 18 iyul tarixlərində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə