Ağdam sənaye parkında infrastuktur tikintisinin başlayacağı müddət açıqlanıb
2022-ci ilin avqustunda Ağdam sənaye parkının rezidentləri zəruri infrastukturun tikintisinə başlamağı planlaşdırır.
Bu barədə SİA-ya İqtisadi Zonaların İnkişafı Agentliyindən bildiriblər.
Qeyd olunub ki, hazırda rezidentlərin torpaq sahələri ilə, zəruri infrastrukturla təmin olunması işləri, eləcə də obyektlərin tikintisinə hazırlıqlar aparılır.
"Sənaye parkının ərazisində torpağın düzləşdirilməsi üzrə işlər başlayıb. Avqust ayından tikinti işlərinə başlamaq nəzərdə tutulur.
Qeyd edək ki, Ağdam sənaye parkında hazırda doqquz rezident qeydiyyata alınıb. Bu rezidentlərin layihələrinin ümumi məbləği 50 milyon manat dəyərində qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB