Ötən 6 ayda daxili işlər və prokurorluq orqanları üzrə 17.411 cinayət hadisəsi qeydə alınıb.
SİA-nın verdiyi məlumata görə, bu sözləri bu gün Daxili İşlər Nazirliyində 2022-ci ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası zamanı hesabat məruzəsi ilə çıxış edən nazirin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov deyib.
Hesabat məruzəsi ilə çıxış edən nazirin birinci müavini bildirib ki, ötən 6 ayda daxili işlər və prokurorluq orqanları üzrə 17.411 cinayət qeydə alınıb:"Onların 84 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır növlər olub, 90,2 faizinin isə açılması təmin edilib".
O, həmçinin 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin və mülkiyyət əleyhinə olanların 2 faiz, o cümlədən oğurluqların 2,7, mənzillərdən edilənlərin 4,9, soyğunçuluqların 9,7, quldurluqların 0,8, hədə-qorxu ilə tələb etmələrin 1,2, avtonəqliyyat vasitəsini qaçırmaların açılmasının 2,2 faiz yaxşılaşdığını qeyd edib.
Nazirin birinci müavini eyni zamanda prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 233, “isti izlər”lə 1207 cinayətin açıldığını, 4.832 hüquqazidd əməlin qarşısının alındığını, axtarışda olan 2.685, o cümlədən ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən 295 şəxsin tutulduğunu, dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 89,2 faiz ödətdirildiyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB