Turşuları həddindən artıq çox yeyənlər - DİQQƏT! - MÜTƏXƏSSİS AÇIQLADI
"Turşu ümumilikdə zəhərləyici bir şey deyil". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.
Onun sözlərinə görə, amma turşunun düzgün şərtlər altında bağlanmaması zəhərlənmə verə bilər: "İçərisinə çiy su getdikdə və ya botulizm bakteriyasına yoluxduqda turşular zəhərlənmə verə bilər. Botulizm yaşayan bir bakteriyadır. Məhsul yaxşı yuyulmadıqda və durulamayanda təbii ki, zəhərlənmə hallarına yol aça bilər. Turşunun həddindən çox istehlak olunması mədənin turşuluğunu qaldırır. Belə olduqda mədə turşuluğunun balansı pozulduğuna görə mədə-bağırsaq sisteminə zərərlidir. Turşunun daha çox istehlak edilməsi zamanı, həmçinin, böyrək problemləri ortaya çıxa bilər. Böyrəklərdə kristallar toplanar və sonradan daşa çevrilə bilər. Bu səbəbdən turşular balanslı şəkildə istehlak olunmalıdır".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB