"Media və mənəvi dəyərlər” adlı tədbir keçiriləcək - ANONS

"Media və mənəvi dəyərlər” adlı tədbir keçiriləcək - ANONS

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Oğuz şəhəri “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Media və mənəvi dəyərlər” adlı tədbir keçiriləcək. SİA-nın verdiyi məlumata görə, tədbir Oğuz rayonunda baş tutacaq.

Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mheman İsamyılov, SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İvtimaiyyətlə əlaqələr şpbəsinin müdiri Yaqut Əliyeva, “Olaylar” İnformasiya Agentliyi və qəzetinin rəhbəri, yazıçı Yunus Oğuz, Oğuz şəhər “Cümə” məscidi dini icmasının sədri Şövkət Cəlilov və digər rəsmilər iştirak edəcək.

Qeyd edək ki, tədbir 16-18 iyul tarixlərində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə