"İyulun 14-dən 16-nadək Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək". Bu sözləri SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, küləyin maksimal sürəti 15-20 m/s, bəzi yerlərdə isə 23-25 m/s olacaq: "16 iyulda gündüz saatlarında şimal küləyi əsəcək. Havanın temperaturu 33-38 dərəcəyədək olacağı gözlənilir. Bölgələrdə iyul ayının ikinci 10 günlüyünün sonunadək bəzi rayonlarda isti hava şəraitinin davam edəcəyi gözlənilir. Havanın maksimal temperaturu 37-40 dərəcə, bəzi yerlərdə 42-43 dərəcə, dağlarda isə 30-33 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılıb. Qərb küləyi arabir 15-18 m/s olacaq. 14 iyul axşam saatlarından 16 iyul səhərədək, 17 iyulda axşam saatlarından 20-dək bəzi rayonlarda küləyin maksimal sürəyi 20-25 m/s-dək olacaq”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB