Uşaqlarda travmalar niyə yaranır? - PSİXOLOQ DANIŞDI

Uşaqlarda travmalar niyə yaranır? - PSİXOLOQ DANIŞDI

“Uşaqlarda yaranan travmaların səbəbi müxtəlifdir”. Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Leyla Fətəli bildirib.
Onun sözlərinə görə, travmaların yaranması uşaqlıqda baş verən hadisələrlə əlaqədardır: “Ata və ana arasında olan münaqişələr, onların ayrılması, ailədə tez-tez baş verən söz-söhbətlərin olması uşaqda travmalara səbəb olur. Yaxud da uşaq nədənsə qorxduqda da travma ala bilər. Uşaq və yeniyetmə psixologiyasına zidd olan hər bir şeydən uşaq travma ala bilər. Bu travmaların bəs gələcəkdə nə kimi fəsadları ola bilər? Təbii ki, travmalar uşağın yeniyetməlik, gənclik dövrünə kimi davam edir. Özü anlayana və ya mütəxəssis tərəfindən korreksiya edilənə qədər bu travmalardan əziyyət çəkir.
Misal olaraq deyə bilərəm ki, ana-ata arasında baş verən münaqişələr böyüdükdə uşağın yaddaşından silinmir. Uşaq da ailə qurmaqdan çəkinir və düşünür ki, mən də valudeynlərim kimi ola bilərəm. Uşaqlıqda alınan travmalar insanın ümumi həyatını idarə edir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə